Mitinqdə İŞİD bayrağı qaldıran iki nəfər saxlanıldı- - Fotolar+Video+Yenilənib

mitinqde-isid-bayragi-qaldiran-iki-nefer-saxlanildi-
Oxunma sayı: 5592


“Qafqazinfo”nun mitinqi izləyən əməkdaşının verdiyi məlumata görə, stadionuna toplaşanların əsas tələbi siyasi məhbus hesab olunan şəxslərin azad olunmasıdır. Aksiyada 1000-ə yaxın adam iştirak edir.

Mitinqə İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn, Gülağa Aslanlı, Eldəniz Quliyev kimi siyasətçilər qatılıb. 

Qeyd edək ki, bugünkü mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

***

Artıq Əli Kərimli və Cəmil Həsənli də stadiona gəlib.  

***

Mitinq Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Aksiyanın moderatoru AXCP sədrinin müavini Əbülfəz Qurbanlıdır. Tribunada Əli Kərimli, Cəmil Həsənli, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli və Gözəl Bayramlı dayanıb. Müsavat Partiyası rəhbərliyi isə sıravi mitinq iştirakçıları arasındadır.

***

Mitinqdə qaldırılan əsas şüarlar-“AB ilə assosasiya sazişi imzalansın!”, “We are Europe”, “Vicdan məhbuslarına azadlıq”.

***

Mitinqdə təxribata cəhd olub. İştitakçılardan biri İŞİD bayrağı qaldırıb. Mitinqin təhlükəsizliyini qoruyan şəxslər həmin adamı ərazidən uzaqlaşdırıb. Həmin iki nəfərin polis bölməsinə aparıldığı bildirilir. 

Murad Əhməd