Yaponiyanın “Mitsubishi” şirkəti Rusiyada 90 minə yaxın avtomobilini geri çağırıb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu avtomobillərin şüşətəmizləyicilərində olan nasazlıq səbəb olub.
Məlumata əsasən, geri çağrılma 2010-cu ilin iyulundan 2016-cı ilin yanvarınadək Rusiyada satılmış “Mitsubishi ASX” modellərinə şamil olunur.
Sözügedən avtomobilləin təmir işləri şirkət tərəfindən pulsuz olaraq həyata keçiriləcək.