Mixael Şumaxerin vəziyyəti nisbətən yaxşılaşıb- - Video

mixael-sumaxerin-veziyyeti-nisbeten-yaxsilasib-
Oxunma sayı: 2936


“Qafqazinfo” xəbər verir ki, ötən gecə Şumaxer ikinci dəfə əməliyyat olunub. Jurnalistlərə bu barədə məlumat verən Qrenobl klinikasının neyrocərrahiyyə şöbəsinin müdiri Emmanuel Ge deyib: “Biz hematomanı uğurla götürmüşük və bunun nəticəsində kəllədaxili təzyiq nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Lakin kompyuter tomoqrafiyası beyində zədələnmiş yerlərin qaldığını göstərir. Biz həmin zədələri müşahidə edirik və bununla məşğul olacağıq”.

Məşhur idmançı yenə də süni koma vəziyyətindədir. Hələlik yeni cərrahiyyə əməliyyatının planlaşdırılmadığı bildirilir.

Xatırladaq ki, Mixael Şumaxer dekabrın 29-da Meribel alp kurortunda dağda xizəklə sürüşərkən yıxılaraq ağır kəllə-beyin zədəsi alıb.