Mixail Saakaşvili prezident seçkilərinin keçiriləcəyi günü dəyişib

mixail-saakasvili-prezident-seckilerinin-kecirileceyi-gunu-deyisib
Oxunma sayı: 1030


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Gürcüstan Prezidenti Mixail Saakaşvili prezident seçkilərinin keçiriləcəyi vaxtı dəyişib.

Prezident Administrasiyasının rəhbəri Andro Barnov bildirib ki, əvvəlcə texniki səhvə yol verildi və dövlət başçısının mətbuat katibi Manana Mancqaladze prezident seçkilərinin yanlış olaraq oktyabrın 27-də keçiriləcəyini elan etdi.

Barnov bu səhvə görə üzr istəyib.

O, qeyd edib ki, Prezident artıq bununla bağlı müvafiq fərman imzalayıb.