“MN-dəki vəzifəli şəxslər hərbi sirri yaymaqla çox kobud iş görüblər”

mn-deki-vezifeli-sexsler-herbi-sirri-yaymaqla-cox-kobud-is-gorubler-
Oxunma sayı: 4058


 
“Qafqazinfo” xəbər verir ki, bunu Hafta.az-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.   O, bildirib ki, şişirdilmiş məlumatlardan əleyhimizə istifadə edilməsinə yol vermək olmaz: 
  
“Mən düşünürdüm ki, bu söz-söhbət ictimailəşəndən sonra rəsmilər bu məsələyə reaksiya verəcək və məlumatların həqiqətə nə qədər uyğun olub olmamasına münasibət bildirəcək. Həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənardan guya tankların və digər ağır texnikanın cəbhə bölgəsinə yığılması ilə bağlı məlumatlar o qədər şişirdildi ki, hətta bizi istəməyən qüvvələr də bundan yararlanmağa başladılar.”   Hərbi jurnalist iddia edir ki, nazirliyin bəzi əməkdaşlarının səhvi nəticəsində bu cür yanlış xəbəbərlər ictimaiyətə yayılıb: 
  
“Üstündən on gün vaxt keçəndən sonra Baş Qərargah rəisi bu məsləyə qısa münasibət bildirdi ki, xəbərlər həqiqətə uyğun deyil. Əslində isə, o bir vəzifəli şəxs kimi borclu idi ki, bir qədər fərqli danışsın. Lakin onun bu məsələnin üstündən bir qədər sükütla keçməsi ona görə baş verdi ki, bizim MN-də oturan vəzifəli şəxslər çox kobud və hərbi sirrin yayılması ilə müşayət olunan bir iş görüblər. Mən indi burda o məsələni açıb-ağartmaq istməzdim, amma buraxılan səhvin nəticəsi idi ki, müxtəlif sayiələr və dedi-qodular bu səviyyədə yayıldı. Bir sözlə, müharibə şəraitində olan ölkənin generalları ən xırda detalları belə diqqətdən qaçırmamalıdırlar. Və hər şeyə çevik və operativ reaksiya verməlidirlər”.