MN məlumat yaydı - “Ermənilərin əlinə uşaq oyunu zamanı keçib”

mn-melumat-yaydi
Oxunma sayı: 5784

Müdafiə Nazirliyi erməni mətbuatında Azərbaycana məxsus pilotsuz uçan aparatın vurulması ilə bağlı yayılan xəbəri təkzib edib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata əsasən, mətbuatda yayılna fotoda təqdim edilən kvadrokopter Çin istehsalı olan və məişət texnikası mağazalarından rahatlıqla alına biləcək qurğudur: “Yəqin ki, hansısa Novruz bayramı şənliyinin çəkilişində, ya da uşaqların oyunu zamanı ermənilərin əlinə keçib”.