Mobil operatorlar arasındakı məhkəmə yekunlaşdı

mobil-operatorlar-arasindaki-mehkeme-yekunlasdi
Oxunma sayı: 640

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Azercell Telekom” MMC-yə qarşı qaldırdığı arabağlantı tarifi üzrə məhkəmə işini udub. Bakcell-dən “Qafqazinfo”ya verilən məlumata görə, 26 iyul 2011-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qətnaməsi ilə iddiaçı “Bakcell” MMC-nin cavabdeh “Azercell Telekom” MMC-yə qarşı 1 avqust 2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3 aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 milyon manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin edilib.
“Biz məhkəmənin qərarından və haqq-ədalətin öz yerini tapmasından məmnunuq. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu məhkəmə mübahisəsinin nəticəsində istehlakçılar, yəni mobil rabitənin sadə istifadəçiləri qalib gəldi. Bakcell öz abunəçilərinə daha da əlverişli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək”, deyə Bakcell-in Baş icraçı direktoru Riçard Şirer bildirib.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsi ilə cabahdeh “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qəbul etdiyi 26 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2013-cü il tarixli qərarı ilə cabahdeh “Azercell Telekom” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyib.
Beləliklə, “Bakcell” MMC-nin müvafiq iddiası üzrə 2 il ərzində cabahdeh “Azercell Telekom” MMC-nin məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və iddiaçı “Bakcell” MMC-nin arabağlantı tarifi ilə bağlı bütün tələbləri Azərbaycan Respublikasının hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib.