Mobil telefon zənglərdə dəyişiklik olacaq

mobil-telefon-zenglerde-deyisiklik-olacaq
Oxunma sayı: 645

Azərbaycanda mobil rabitə sahəsinə ciddi yenilik edilir. Milli.Az-ın məlumatına görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarına əsasən, mobil nömrəyə zəng vuran zaman yalnız 10-rəqəmli yığım qaydası tətbiq olunmalıdır.

Artıq mobil rabitə operatorlarından biri yeni qaydanın tətbiqinə başlayır. Şirkət operatorları vasitəsilə bu il yanvarın 21-dən etibarən şəbəkədaxili nömrələrə zəng edilməsində yeni yığım qaydasına keçəcəyi barədə abunəçilərinə xəbərdarlıq edir. Bu qaydaya görə, nömrənin əvvəlində 0--, daha sonra isə 7-rəqəmli nömrə yığılmalıdır.

Həmin şirkətin mətbuat xidmətindən Milli.Az-a bildirildi ki, yeni qaydalar nömrə daşınması prosesi ilə bağlıdır. Yaxın günlərdə şirkət tərəfindən mətbuat konfransı keçiriləcək və keçidlə, eyni zamanda onun texniki tərəfləri ilə bağlı ətraflı məlumat veriləcək.