Mobil telefonla qan müayinəsi mümkün olacaq

mobil-telefonla-qan-muayinesi-mumkun-olacaq
Oxunma sayı: 650

. "Qafqazinfo"nun məlumatına görə, Aydoğan Özcan maraqlı kəşfi ilə məşhur "Science" jurnalında "dünyanın ən yaxşı 10 elm adamı" siyahısına daxil olub. Otuz iki yaşlı gənc professorun öz laboratoriyasında yaratdığı xüsusi mini cihaz istənilən kameralı mobil telefona yerləşdirilə bilər. Qan nümunəsini tez bir zamanda müəyyən edən cihazın üstündə kiçik mikroskop yerləşdirilib.

Dəyəri 10 dollar olan kiçik aparat sayəsində eyni anda 50-100 min qan hüceyrəsinin təhlili mümkündür. Analizin nəticəsi isə qısa müddətdə telefonun ekranına çıxır. Dəfələrlə mütəxəsislər tərəfindən sınaq edilmiş cihazın dəqiqliyi sübuta yetirilib. Əldə olunan qan təhlillərinin cavabı mesaj şəkilində həkimə, istənilən obyektə göndərilə bilər. Ən vacib məqam isə odur ki, qan analizi edən mobil telefonlarla qorxulu yoluxucu xəstəliklər-vərəm, hepatit, AİDS haqqında da məlumat əldə etmək mümkündür.

Raminə