Mobil zəng xidmətləri testlərinə əsasən, “Nar” ölkədə ən yüksək nəticə göstərdi

mobil-zeng-xidmetleri-testlerine-esasen-nar-olkede-en-yuksek-netice-gosterdi
Oxunma sayı: 975

Yarandığı ilk gündən abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərlə seçilən “Nar” özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir.

"Qafqazinfo" xəbər verir ki,  2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib və “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilib.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb. Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib. “P3 Communications” şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır.

Qeyd edək ki, “Nar” 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib.    

Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb. 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.