“Möcüzə” Analar gününü qeyd edəcək

“Möcüzə” Analar gününü qeyd edəcək
Oxunma sayı: 217

Azərbaycanda bu gün “Möcüzə” paket yağları ilə reallaşdırılacaq. “Möcüzə” paket yağları kampaniyası ilə analar günü qeyd olunacaq.

Qeyd edək ki, İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların bazar günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi. ABŞ-da "Analar günü" ilk dəfə 1872-ci ildə məşhur Amerika pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənib. 1907-ci ildə ABŞ-ın Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış edib. 1910-cu ildə ilk olaraq Virciniya ştatı "Analar günü"nü rəsmi bayram kimi tanıyıb. 1914-cü ildə ABŞ prezidenti Vudro Vilson may ayının ikinci bazar gününü bütün amerikalı anaların şərəfinə milli bayram elan edib.

Analar günü həm də qadın və anaların üzləşdiyi qlobal və milli məsələlərə bir daha dünya ictimaiyyətinin diqqətini cəlb etmək, onları narahat edən problemlərin həlli yollarını araşdırmaq məqsədi daşıyır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi