Möcüzə baş verdi: “Mançester Siti” zirvədə!

mocuze-bas-verdi-mancester-siti-zirvede
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “mövsümün oyunu” kimi qiymətləndirilən Mançester derbisindən sonra lider dəyişib.
“Mançester Siti” doğma meydanda “Mançester Yunayted”i 1 qolla məğlub edib. Qələbə topuna Vinsent Kompani imza atıb. Beləliklə, 4 tur əvvəl “şəhərlilər”i 8 xal qabaqlayan MY ikinci pilləyə enib. Hər iki komandanın hesabında 83 xal olsa da, şəxsi görüşlərdə üstün olan MS birincidir.

"Mançester Siti" - "Mançester Yunayted" - 1:0
Qol: Vinsant Kompani, 45 (1:0)

37-ci tur:
“Nyukasl” – “Mançester Siti”
“Mançester Yunayted” – “Suonsi”

38-ci tur:
“Mançester Siti” – KPR
“Sanderlend” – “Mançester Yunayted”

Ceyhun Əhmədov