Möcüzə baş vermədi

mocuze-bas-vermedi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, bu oyun da milli komandamız üçün uğursuz alındı və nəticə etibarilə Portuqaliya yığması 2-0 hesablı qələbə qazandı. Görüşün ilk hissəsində heç də pis təsir göstərməyən yığmamızın arabir hesabı açmaq üçün şansı olub.

Lakin son anda təcrübəzislik buna imkan verməyib. Birinci hissədə qol olmayıb lakin ikinci hissə komandamız üçün heç də yaxşı alınmayıb. Çünki hücumçumuz Rauf Əliyev qazandığı qırmızı vərəqə ilə komandamızı azlıqda qoyub. Bundan sonra bütün üstünlüyü ələ alan qonaq komanda 63-cü dəqiqədə Bruno Alveşin qolu ilə hesabda önə keçib. 79-cu dəqiqədə isə "Beşiktaş"in futbolçusu Huqo Almeyda qapımıza 2-ci qolu vurub. Beləliklə , Portuqaliya istədiyinə nail olub və evə 3 xalla yollanıb.

İqbal