Moda ilə bağlı kitabın təqdimatı oldu - Fotolar

Moda ilə bağlı kitabın təqdimatı oldu
Oxunma sayı: 1947

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsi Dizayn və Dekorativ- Tədbiqi sənət kafedrasının diplom müdafiəsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, müdafiədə ilk öncə Qrafik dizayn, xalça, qobelen və həmçinin modelyer rəssamların dəfiləsi nümayiş olunub.

Azərbaycan İncəsənət xadimi Fəxriyyə Xələfova və Fəlsəfə Elmlər doktoru baş müəllim, modelyer-rəssam Aysel Əzizovanın rəhbərlik etdiyi diplom işləri də tələbələr tərəfindən sərgilənib.

Onu da qeyd edək ki, diplom işlərinin təqdimatından öncə Aysel Əzizovanın “Müasir Modanın İnkişaf mərhələsi” kitabının təqdimat mərasimi keçirilib.

Gənc modelyerlərin inkişafında, onların dəb haqqında anlayışlarını, təsəvvürlərini artırmaq üçün hazırlanmış kitabda qədim, milli geyimlərin bir-biri ilə vəhdəti peşəkarcasına göstərilib. Bu kitab Azərbaycanın gənc modelyerlərinə elmi vəsait kimi yeni bir töhfədir.

Müasir gəncliyin təhsilində və yaradıcılıqlarında yetərincə inkişaf yoluna dəstək olan Aysel Əzizova peşəkar modelyer kimi öz araşdırmalarında dəbdə olan yenilikləri də kitabında təqdim edib.

 










Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi