Model avtomobilində güllələndi

model-avtomobilinde-gullelendi
Oxunma sayı: 2652

Amerikalı model Kelsi Kveyl avtomobilində güllələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Corciya ştatında yaşayan Kelsinin maşını hərəkətdə olarkən naməlum şəxs ona boynundan atəş açıb. Modelin maşını idarəsiz qalaraq qarşı yola çıxıb və 3 avtomobil bir-birinə çırpılaraq zəncirvari qəza baş verib. Bildirilir ki, 28 yaşlı model xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.

Aysel Kərimova