Modelə intim fotolarını göndərdi, komandadan qovuldu

Modelə intim fotolarını göndərdi, komandadan qovuldu
Oxunma sayı: 2123

Misir yığmasının yarımmüdafiəçisi Amr Varda milli komandadan qovulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Misir futbol assosiasiyasının Tvitter səhifəsində bildirilib.

“Afrique Sports” nəşrinin məlumatına görə, futbolçuya qarşı ittihamları model Merhan Keller irəli sürüb. Model bildirib ki, misirli ona intim fotolarını göndərirdi və kobud tərzdə onunla cinsi əlaqəyə girməyi təklif edirdi.

Misir yığmasından bildirilib ki, baş verənlər futbolçunun komanda tərkibindən çıxarılmasına zərurət yaradıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi