Modelyerin ölüm səbəbi və varisi açıqlandı

modelyerin-olum-sebebi-ve-varisi-aciqlandi
Oxunma sayı: 3167

Modelyer Karl Laqerfeldin ölüm səbəbi açıqlanıb.

“Qafqazinfo” “Public”ə istinadən xəbər verir ki, modelyer mədəaltı vəzi xərçəngindən əziyyət çəkib. Fevralın 18-də təcili xəstəxanaya yerləşdirilən Laqerfild gecə saatlarında Neyi-syur-Sen şəhərində dünyasını dəyişib.

Son vaxtlar modelyerin səhhətinə və ağır iş tempinə görə zəiflədiyi qeyd edilib.

Karlın ölümündən sonra onun varisi "Chanel" dizayn-studiyasının direktoru Vircinia Viar olub.