Mogerinidən Trampa sərt reaksiya - “Prezident dəyişdiyi zaman...”

mogeriniden-trampa-sert-reaksiya
Oxunma sayı: 1586

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ABŞ-ın 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsindən çıxmasına sərt reaksiya verib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Mogerini qərarın sadəcə Avropanı yox, bütün dünyanı çətinliklə üzləşdirdiyini dilə gətirib:

“Bu addım ABŞ-ın ümumi mənada çoxtərəfli beynəlxalq sistemdən uzaqlaşmağa meyl etdiyini göstərir. Bir saziş imzalandığı zaman buna əməl edilməlidir. ABŞ prezidenti dəyişdiyi zaman saziş də dəyişməz. Bu, beynəlxalq müqavilələrə olan etibarı təmin edir”.

O, sözlərinə əlavə edib ki, bu saziş 12 il müddətində gecə-gündüz aparılan iş sayəsində imzalanıb və Aİ bu müqavilədən çıxmaq niyyətində deyil:

“İran önəmli iqtisadi bazardır. Nə üçün biz bu bazarı sadəcə Rusiya və Çinə buraxmalıyıq?”.