Möhtəşəm oyun

mohtesem-oyun
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00 da başlayacaq derbinin “Qalatasaray” üçün bir o qədər önəmi yoxdur . Çünki, “Qalatasaray” artıq rəsmən öz çempionuğunu elan edib və 2-ci sırada olan “Fənərbaxça”dan 10 xal qabaqdadır. Ancaq bununla belə , bu iki əzəli rəqibin istənilən oyununu önəmsiz adlandırmaq olmaz. 1909-cu idə əsası qoyulan bu əbədi rəqabətdə ən çox qələbə sevinci yaşayan tərəf “Fənərbaxça” olub. “Fənər arxada qalan 373 görüşün 141-ni udub, 119 dəfə isə “Cim Bom” qalib gəlib.113 oyunda isə hesab bərabər olub. Qolların fərqinə gəlincə, “Fənərbaxça”nın 522 qoluna, “Qalatasaray” 475 qolla cavab verib. Son derbi isə 2012-ci ilin dekabırında baş tutub və “Qalatasaray” öz meydanında 2-1 hesabı ilə qələbə qazanıb.

İqbal