Möhürlü dərsliklər kitab mağazasında satılır

mohurlu-derslikler-kitab-magazasinda-satilir
Oxunma sayı: 1064

Dərs ləvazimatları mağazasında üzərində məktəbin möhürü olan kitab satılıb.

“Qafqazinfo” Xəzərxəbər-ə istinadən bildirir ki, hadisə paytaxt sakini Dilbər Əliyevanın başına gəlib. O, nəvəsinə 4-cü siniflər üçün nəzərdə tutulan Azərbaycan dili dərsliyi alıb. Evə gəldikdə isə həmin kitabın içində Binəqədi rayon 276 nömrəli məktəbin möhürünün olduğunu görüb.

Mağazadan isə hadisədən xəbərsiz olduqlarını deyibilər. Satıcı Aqil Hüseynovun sözlərinə görə, sözügedən kitabı onlar bir xanımdan alıblar və həmin kitabın möhürlü olduğunu bilməyiblər.

276 nömrəli məktəbin direktor müavini Saleh Mirzəyev deyir ki, məktəbə aid olan kitab heç vaxt məktəb tərəfindən hansısa bir mağazaya satıla bilməz.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, istənilən halda bu məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək.