MOİK və “Sabah” qalib gəldi

MOİK və “Sabah” qalib gəldi
Oxunma sayı: 354

I Divizionda 8-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma baş tutub.

MOİK öz meydanında “Mil-Muğan”ı, “Sabah” isə “Ağsu”nu məğlub edib. Bu qələbədən sonra xalını 14-ə çatdıran MOİK 2-ci pillədəki yerini möhkəmlədib. 10 xala malik “Sabah” isə 3-cü pillədə yer alıb.

MOİK – “Mil-Muğan” 4:0

Qollar: İsmayıl İbrahimli, 26; Kamil Nurəhmədov, 67; Bəhruz Teymurov, 90+1, 90+2

“Sabah” – “Ağsu” 3:2

Qollar: Şirməmməd Məmmədov, 23; İlqar Ələkbərov, 59; Məhəmməd Alıyev, 65 - Fərrux Rəhimov, 56; Təmraz Əmircanov, 90+2


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi