MOK sədri istefaya getdi

mok-sedri-istefaya-getdi
Oxunma sayı: 636

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, MOK sədrinin istefası 2012-ci il London Olimpiadasına qeyri-leqal yolla biletlərin satılması ilə bağlıdır. Ukrayna MOK-un rəsmi saytı xəbər verir ki, Qeraşenkonun fəaliyyətini xüsusi komissiya araşdıracaq.

Bilet satışı ətrafında skandal mətbuatda yazıların dərcindən sonra başlayıb. BBC-nin əməkdaşları bilet almaq bəhanəsi ilə MOK sədri ilə əlaqəyə giriblər, Qeraşenko da yüzlərlə bileti bin neçə yüz funta satmağa razı olub.

İttihamı şərh edən Qeraşenko deyib ki, biletləri satmağa hazırlaşmırmış, sadəcə, həmin nümayəndələrə “diplomatik danışıqlar” aparıb.