Moldova Azərbaycandakı səfirini təkzib etdi

moldova-azerbaycandaki-sefirini-tekzib-etdi-
Oxunma sayı: 645

“Qafqazinfo”nun erməni saytına istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın Müdafiə naziri Vitaliy Marinuça bəyanat verib. Onun sözlərinə görə, bu ölkənin Azərbaycandakı səfirinin Ermənistana silah satışı ilə bağlı sazişin “yalnışlıq” olması ilə bağlı bəyanatı ilə razılaşmır.

Xatırladaq ki, Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu bildirmişdi ki, Moldova Silahlı Qüvvələrinin Baş Qərargahının bir sıra üzvləri ilə rəsmi İrəvan arasında silah satışı ilə bağlı gizli saziş Azərbaycanla Moldova arasındakı əlaqələrə zərər vurmayacaq. Səfir, həmçinin rəsmi Kişinyovun Ermənistana gizli silah satışı faktını araşdıracağını və Ermənistana silah satışının “səhv” olduğunu qeyd etmişdi.

Səidə