“Moldova Ermənistana silah vermək məcburiyyətindədir”

moldova-ermenistana-silah-vermek-mecburiyyetindedir
Oxunma sayı: 633

“Qafqazinfo”nun “Moldnyus” saytına istinadən verdiyi xəbərə görə, bu barədə parlament komissiyasının milli təhlükəsizlik, müdafiə və ictimai asayiş üzrə dinləmələrinin nəticəsi olaraq Moldovanın Müdafiə naziri Vitaliy Marinuça jurnalistlərə açıqlama verib. O qeyd edib ki, profil parlament komissiyasının iclasının gedişində deputatları “KİV-də gedən xəbərlərə” deyil, “faktlara və hüquqi sənədlərə” əsaslanmağa çağırıb. Bununla yanaşı, o, Moldovadan Ermənistana silah satışı ilə bağlı razılaşmanın tam olaraq yerinə yetiriləcəyi ilə bağlı əminliyini ifadə edərək, bunu qadağan edəcək hər hansı bir hüquqi sənədin olmadığını qeyd edib: “Mən ümid edirəm ki, qısa müddətdə müqavilənin yerinə yetirilməsi davam etdiriləcək. Bu müqavilədə şübhəli bölmələr yoxdur və hesab edirəm ki, biz bunu axıra çatdırmalıyıq”.
Müdafiə naziri ”Latspetsexports” Latviya şirkətinin sazişdə yenə də vasitəçi olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.

Səidə