Moldova prezidenti postundan uzaqlaşdırıldı

moldova-prezidenti-postundan-uzaqlasdirildi
Oxunma sayı: 1594

Moldova prezidenti İqor Dodon vəzifəsinin icrasından müvəqqəti olaraq kənarlaşdırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib. Buna Dodonun yeni Nazirlər Kabinetini təsdiq etməkdən imtina etməsi səbəb olub. 

Məhkəmə qərara alıb ki, prezidentin yerinə parlamentin sədri və baş nazir iki hökumət üzvünü təyin edə bilər.

Qeyd edək ki, Dodon 3 dəfə prezident səlahiyyətlərinin icrasından müvəqqəti olaraq uzaqlaşdırılıb. Bunlardan ikisində -  2017 və 2018-ci illərdə bu qərar onun nazirlərin namizədliyini təsdiq etməkdən imtina etməsi ilə bağlı olub. 

Aysel Kərimova