Moldova prezidenti yenə qəzaya düşdü - Foto

moldova-prezidenti-yene-qezaya-dusdu
Oxunma sayı: 2131

Moldova prezidenti İqor Dodonun korteji yenidən qəzaya düşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, insident prezidentin rayonların birinə səfəri zamanı baş verib. Qəza ilə bağlı Moldova liderinin şəxsi açıqlamasında deyilib: “Minik avtomobili qarşı zolağa çıxdı və məni müşayiət edən maşına çırpıldı”. 

Dodon hazırda polisin qəzanın təfərrüatlarını araşdırdığını bildirib. 

Xatırladaq ki, ötən ilin sentyabrında da Dodon qəzaya düşmüş, xəstəxanaya yerləşdirilmişdi.