Moldovada 5 rusiyalı diplomat arzuolunmaz şəxs elan edilib

moldovada-5-rusiyali-diplomat-arzuolunmaz-sexs-elan-edilib
Oxunma sayı: 1055

Moldovada Rusiya səfirliyinin beş diplomatı arzuolunmaz şəxs elan edilib və ölkəni tərk etmələri tələb olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirliyinin mətbuat katibi Anna Samsona jurnalistlərə bildirib.

O, diplomatların adını açıqlamaqdan imtina edib.

Rusiyanın Moldovadakı səfiri Farit Muhametşin məlumatı təsdiqləyib.