Moldovanın İstanbuldakı baş konsulu həbs olundu

Moldovanın İstanbuldakı baş konsulu həbs olundu
Oxunma sayı: 1838

Kişinyov Rayon Məhkəməsi Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip barəsində həbs qətimkan tədbiri seçib.

Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Moldova Baş Prokurorluğunun mətbuat katibi Mariya Viyeru bildirib.

Baş konsul Kişinyov hava limanında saxlanılıb. Ona 30 sutkalıq həbs qətimkan tədbiri seçilib. Vyaçeslav Filip dələduzluq yolu ilə korrupsiyada şübhəli bilinir.

İstintaq zamanı onun Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxsləri ilə sövdələşməyə girərək öz həmyerlilərindən pul tələb etdiyi məlum olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi