Mollalar imtahandan kəsildi- - Video

mollalar-imtahandan-kesildi-
Oxunma sayı: 1460


“Qafqazinfo”nun məlumatına görə, Türkel TV-nin əməkdaşları mövzu ilə bağlı son durumu öyrənmək üçün Tovuz rayon Cümə Məscidində olub. Məscidin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Nəriman İbayev görülən tədbirlərlə bağlı məlumat verib: “Bizim rayonda da attestasiya keçirilib və bizim mollalarda attestasiyaya getdilər. Onlardan bir neçəsi, təqribən 14 nəfəri attestasiyadan keçib və o, keçməyənlərə də müddət verilib ki, hazırlaşıb yenidən attestasiyaya getməlidirlər”.

Axundun sözlərinə görə, imtahandan keçə bilməyən və ya imtahan verməkdən imtina edən din xadimlərinin fəaliyyətinə birmənalı şəkildə xitam veriləcək. Buna da bilavəsitə QMİ nəzarət edəcək.