Monika Belluçi “Fatmagül”ü bəyənib

monika-belluci-fatmagulu-beyenib
Oxunma sayı: 659

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, M. Belluçi istirahət məqsədilə sentyabrda İstanbula ikinci dəfə səfər edəcək. Aktrisanı səfər zamanı “Gərgədanın son sirri” filmində onunla birgə kamera qarşısına çıxan və qızını oynayan B. Saat müşayiət edəcək. B. Saat hətta serial çəkilişlərini də M. Belluçinin səfərinə uyğun müəyyənləşdirəcək.

Qeyd edək ki, birlikdə rol aldıqları filmdən sonra 27 yaşındakı B. Saatın aktrisalığını bəyənən və mütləq ölkə xaricinə çıxmasının vacibliyini deyən M. Belluçinin, İtaliyada özünə təqdim olunan layihələr üçün gənc aktrisanı məsləhət gördüyü bildirilir.

Nigar Məmmədli