Monqolustan prezidenti Azərbaycanda

monqolustan-prezidenti-azerbaycanda
Oxunma sayı: 2358

Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycana işgüzar səfərə gəlib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Xaltmaaqiyn Battulqanı hava limanında gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.