Monqolustan prezidenti Əliyevə zəng edib

monqolustan-prezidenti-eliyeve-zeng-edib
Oxunma sayı: 1651

Aprelin 12-də Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. 

“Qafqazinfo” xəbər verir ki, Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib, ona Azərbaycan xalqının və dövlətinin rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Xaltmaaqiyn Battulqaya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyini əminliklə qeyd ediblər.