“Monqolustan yoxsulluq və borc içərisindədir” - Baş nazirdən etiraf

monqolustan-yoxsulluq-ve-borc-icerisindedir
Oxunma sayı: 2046

Monqolustanın baş naziri Qombojavın Zandanşatar parlamentin növbədənkənar iclasında ölkəsinin yoxsulluq və borc böhranından əziyyət çəkdiyini deyib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir hər bir monqola əlverişli həyat şəraitinin yaradılması və Monqolustanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün səylərin birləşdirilməsi vaxtının yetişdiyini deyib. 

Parlamentin növbədənkənar iclasında ölkənin vergi kodeksinin yenilənməsi, Korrupsiya ilə Mübarizə İdarəsinin rəhbəri və müavinləri vəzifələrinə yeni təyinatın edilməsi müzakirə olunub.