Monteneqroda prezident seçkiləri keçirilir

Monteneqroda prezident seçkiləri keçirilir
Oxunma sayı: 462

Aprelin 15-də Monteneqroda prezident seçkiləri keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkilərdə biri qadın olmaqla yeddi namizəd mübarizə aparır. 

Ölkədə 532 min 599 seçici 1214 seçki məntəqəsində səs verir.

Seçkilərdə Demokratik Sosialist Partiyasının (DPS) sədri, sabiq Baş nazir Milo Dukanoviç, Sosial Demokrat Partiyanın (SDP) sədr müavini Draqiniya Vuksanoviç, Həqiqi Monteneqro Partiyasının (PCG) sədri Marko Milaçiç, Ədalət və Sülh Partiyasının (SPP) sədri Hazbiya Kalaç, Serb Koalisiyasının namizədi Dobrilo Dedeiç, Pozitiv Monteneqro Partiyasının namizədi Mladen Boyaniç və müstəqil namizəd Vasiliye Miliçkoviç prezident olmaq üçün mübarizə aparırlar.

Yerli vaxtla saat 8:00-da başlayan səsvermə prosesi saat 21:00-da başa çatacaq.

İlk turda namizədlərdən biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs toplayan iki namizəd 14 gün sonra ikinci turda mübarizəni davam etdirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi