Monteneqronun Baş naziri Bakıda rəsmi səfərdədir - Foto

monteneqronun-bas-naziri-bakida-resmi-seferdedir
Oxunma sayı: 1723

Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirildi.