Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədildi - Video

Monterey şəhəri Azərbaycan bayrağı ilə bəzədildi
Oxunma sayı: 1709

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun Monterey Şəhər Şurası ilə birlikdə şəhər meriyasının qarşısında keçirdiyi tədbirdə şəhər rəhbərliyi, iş adamları, KİV təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də ABŞ Müdafiə Nazirliyinin Montereydə yerləşən nüfuzlu ali təhsil ocaqlarının professor və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən şəhər meri Klayd Roberson bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ölkəsi üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev də çıxış edərək ölkəmizin bu gün regionda ve beynəlxalq arenada böyük nüfuz sahibinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Bayrağı günü münasibətilə Monterey şəhərinin Alvarado küçəsi üçrəngli bayraqlarla bəzədilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi