“Moody’s” Azərbaycanın reytinqini yüksəldib

moodys-azerbaycanin-reytinqini-yukseldib
Oxunma sayı: 654

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini investisiya səviyyəsinə yüksəldib. Maliyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın reytinqinin investisya səviyyəsinə qaldırılması ölkənin son illərdə neftən daxil olan gəlirlər hesabına maliyyə gücünün əhəmiyyətli dərəcədə artmasını və respublikada qeyri-neft sektorunda gedən surətli inkişafını əks etdirir. Agentlik Azərbaycanda artıq güclü və çoxşahəli iqtisadiyyətin yaranmasını və ölkənin istənilən iqtisadi, habelə geosiyasi risklərə də dayanıqlılığını da xususi vurğulayıb.

Beləliklə, dünyanın bütün nüfuzlu reytinq agentlikləri tərəfindən Azərbaycan Respublikasının kredit reytinqi investisya səviyyəsinədək qaldırılıb. Beləki, “Fitch” beynəlxalq reytinq agentliyi 2010-cu ilin may ayında, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi 2011-ci ilin dekabr ayında və nəhayət “Moody’s” beynəlxalq reytinq agentliyi isə cari ilin aprel ayının 19-da Azərbaycan Respublikasının reytinqini investisiya səviyyəsinə yüksəldib.


Nigar Məmmədli