Moody’s Maliyyə Nazirliyinə inanır, yoxsa? - Rəsmi açıqlama

moodys-maliyye-nazirliyine-inanir-yoxsa
Oxunma sayı: 643

Bir neçə dəqiqə bundan əvvəl Moody's beynəlxalq reytinq agentliyi Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatlarla bağlı rəsmi açıqlama yayıb.

"Qafqazinfo"ya Maliyyə Nazirliyindən daxil olan məlumatda qeyd olunur ki, Moody's beynəlxalq reytinq agentliyi aydınlıq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra  kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

Moody's beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığının şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir. 

Qeyd edək ki, bu gün virtualaz.org saytında Moody’s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklinin açıqlaması dərc olunub.

Moody’s rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır: “Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq”.