Moqadişoda ardıcıl iki partlayış - 7 ölü, 10 yaralı + Yenilənir

moqadisoda-ardicil-iki-partlayis
Oxunma sayı: 1484

Somalinin paytaxtı Moqadişoda bir hotelin qarşısında güclü partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinaqdən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobilin partladılıb, daha sonra ərazidən atışma səsləri eşidilib.

Moqadişo Polis İdarəsinin rəsmisi Abdullah Aden bildirib ki, partlayışdan sonra silahlılar otelə hücum ediblər. Məlumata görə, həmin hoteldən daha çox millət vəkilləri və xüsusi rütbəli hərbiçilərin istifadə edirlər.

Bu hadisədən bir neçə dəqiqə sonra isə parlament binasının qarşısında avtomobil parladılıb.

Hələlik itkilər barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, Moqadişoda 2 həftə öncə törədilən terror aktından 358 nəfər ölmüşdü.

***

"Naso Hablod" adlı hotelin qarşısında baş verən teraktda 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücumun məsuliyyətini "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

Məlumata görə, hoteldə Somali prezidenti Məhəmməd Abdullah Fermacu ilə görüş üçün gələn bölgə nümayəndələri olub.

Polislər parlament binası yaxınlığında daha bir avtomobili partlamadan zərərsizləşdirilib.