Moqadişuda partlayış - 4 ölü, 10 yaralı

Moqadişuda partlayış
Oxunma sayı: 446

Somalinin paytaxtı Moqadişuda bomba ilə yüklənmiş avtomobil nəzarət keçid məntəqəsi yaxınlığında partladılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri hərbiçi olmaqla 4 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.

Hücumun məsuliyyətini “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb.

Xatırladaq ki, Moqadişuda 5 gün öncə törədilən teraktda 21 nəfər ölmüş, 20 nəfər də yaralanmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi