Morqa 24 cəsəd gətirilib - Meyitlər tanınmaz halda+Foto

morqa-24-cesed-getirilib
Oxunma sayı: 12380

Məlum olduğu kimi, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın olub. 

İlkin məlumata görə, hadisə nəticəsində 24 şəxs ölüb.

“Qafqazinfo”nun Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olan əməkdaşlarının məlumatına görə, birliyə 24 meyit gətirilib. Onların üzərində ciddi yanıq əlamətləri görünür, cəsədlər tanınmaz hala düşüb.

Yanğın baş verən bölmədə 120 xəstə müalicə olunurmuş.

Günel Hacı

Foto: Nuran Məmmədov