Moskva aeroportlarında 50-dən çox reys baş tutmadı

Moskva aeroportlarında 50-dən çox reys baş tutmadı
Oxunma sayı: 2315

Moskvanın hava limanlarındakı uçuşlarda problem yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, ümumulikdə, 50-dən çox reys gecikib və ya təxirə salınıb.

“Vnukovo” aeroportunda 9 səfər gecikib, 2-si ləğv edilib. “Domodedovo”da isə 30 uçuşda gecikmə olub, 10-u təxirə düşüb.

”Şeremetyevo” və “Jukovski” hava limanlarındakı vəziyyət barədə isə heç bir məlumat yoxdur. 

Qeyd edilir ki, bu günlərdə sinoptiklər Moskvada yağıntısız, buludlu hava vəd etmişdilər. Gecikmələrin nədən qaynaqlandığı hələ də rəsmi açıqlanmayıb. 

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi