Moskva “Dinamo”sunda oynamış futbolçu “Neftçi”də?

moskva-dinamosunda-oynamis-futbolcu-neftcide
Oxunma sayı: 1173

“Neftçi” heyətini seneqallı Hali Tiamla gücləndirə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Belə ki, Moskva “Dinamo”su 24 yaşlı yarımmüdafiəçi ilə yolları ayırıb. Tiam müqavilə ilə məxsus olduğu Budapeştin MTK klubuna dönüb. Lakin Macarıstan təmsilçisi seneqallının xidmətində maraqlı deyil. Məlumata görə, Halini təmsilçimiz “Neftçi” transfer etmək istəyir.
 
Lakin Tiamın müqaviləsi mövcud olduğu üçün bu keçid reallaşa bilməz. Çünki Azərbaycanda transfer pəncərəsi fevralın 9-da bağlanıb. Bunun üçün futbolçu azad agent statusuna yiyələnməlidir. Məhz bundan sonra seneqallı yarımmüdafiəçi “ağ-qaralar”a keçə bilər.
 
Qeyd edək ki, 2014-cü ildə MTK klubuna transfer olan Hali Tiam “Çikaqo Fayre”, “Qaziantepsor” və “Dinamo”da icarə əsasında çıxış edib.