“Moskva Ermənistana görə narahatdır” - Lavrov

moskva-ermenistana-gore-narahatdir
Oxunma sayı: 6386

“Moskva Ermənistandakı vəziyyətdən narahatdır”.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti siyasi sələflərinin təqib olunmaması vədini pozur. Lavrov Rusiyanın Ermənistandakı vəziyyətin konstruktiv yolla həll olunacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, S. Lavrov keçmiş prezident Rober Koçaryanın həbsindən sonra bu açıqlamanı verib. Koçaryan 1 mart 2008-ci il aksiyalarının dağıdılmasına göstəriş verməkdə, həmçinin, konstitusion quruluşu devirməkdə ittiham edilir.