Moskva-İrəvan reysində həyəcanlı anlar - 8 nəfər xəsarət aldı

moskva-irevan-reysinde-heyecanli-anlar
Oxunma sayı: 2369

Rusiyanın Moskva şəhərindəki Şeremetyevo hava limanından İrəvana getməli olan sərnişin təyyarəsi uçuşu dayandırıb. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, buna səbəb pilot kabinəsində tüstülənmə barədə siqnal daxil olması olub.  

Təyyarə göyərtəsində olan 187 nəfər hava trapı vasitəsi ilə təxliyyə olunublar. Təxliyyə zamanı yaranan basırıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan 2-si xəstəxanaya yerləşdirilib.

Məlumata görə, tüstülənmə xəbəri öz təsdiqini tapmayıb, kabinədə yanğın aşkar olunmayıb.