Moskva metrosunda qatarlar tuneldə qalıb - 1000-dən çox sərnişin 3 saat..

moskva-metrosunda-qatarlar-tunelde-qalib
Oxunma sayı: 1415

Moskva metrosunda üç qatar tuneldə qalıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, metropolitenin mətbuat xidməti qatarlardakı 1000-dən çox sərnişinin qəzadan 3 saat sonra evakuasiya edildiyini açıqlayıb.

Onlardan heç birinin tibbi yardıma ehtiyacı olmayıb. 

Fövqəladə Hallar Xidməti qəzaya səbəb kimi kontakt relsində gərginliyin itməsini göstərib.