Moskvada -20 dərəcəyə yaxın şaxta olacaq - Yüz ilin qar rekordu

moskvada-20-dereceye-yaxin-saxta-olacaq
Oxunma sayı: 3128

Sabah axşam Moskvaətrafı rayonlarda temperatur mənfi 19 dərəcəyə, paytaxtda isə mənfi 17 dərəcəyə kimi düşəcək.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qarşıdakı gün bu həftənin , həmçinin fevralın ən soyuq günü olacaq. 

Ötən bazar Moskvada yağan qarın miqdarı isə yüz ilin rekordunu təzələyib. Rəsmi açıqlamaya görə, soyuq havalar bir nəfərin ölümünə səbəb olub. 

Paytaxtın qardan təmizlənməsinə hərbçilər də cəlb olunublar. 

Məktəbə getmək isə sərbəst elan edilib.