Moskvada avtomobil kütləyə çırpıldı - 8 yaralı

moskvada-avtomobil-kutleye-cirpildi
Oxunma sayı: 2555

Moskvanın mərkəzində İlyinka prospektində yerləşən “Qostinıy dvor” ticarət mərkəzinin yaxınlığında taksi sürücüsü avtomobili piyadaların üzərinə sürüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə  nəticəsində 8 nəfər xəsarət alıb. 

Hadisəni törətmiş sürücü saxlanılıb. Onun Qırğızıstan vətəndaşı olduğu bildirilir.
 
İlkin varianata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.   
 
Hadisə ilə bağlı araşdırma aparılır.