Moskvada azərbaycanlı biznesmenin oğlunu oğurladılar - Təfərrüat

moskvada-azerbaycanli-biznesmenin-oglunu-ogurladilar-teferruat
Oxunma sayı: 677

Moskvada azərbaycanlı biznesmenin oğlu oğurlanıb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, 700 min dollar müqabilində girov götürülən 20 yaşlı azərbaycanlını oğurlamaqda şübhəli bilinən 60 yaşlı Rafiq Mirzəyev saxlanılıb. O, daha əvvəl də adam oğurluğunda ittiham olunmuşdu. Rafiq Mirzəyev saxlanılarkən üzərində Makarov tipli tapança olub.

Qeyd edilir ki, oğurlanan gəncin atası restoran və nəqliyyat şirkətlərindən birinin sahibidir.

Gənci girov götürən cinayətkar qrupun digər üzvləri əvvəllər adam oğurluğunda ittiham olunan 45 yaşlı İqor Qraçev, Rusiyada qeyri-leqal yaşayan Ruslan Hacısalamov və Samir Abdullayev də saxlanılıb.
Azad olunan gənc isə girovluqda qaldığı müddətdə fiziki işgəncəyə məruz qaldığını və ölümlə təhdi olunduğunu bildirir.