Moskvada azərbaycanlı güllələndi

moskvada-azerbaycanli-gullelendi-
Oxunma sayı: 647

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, insidentin baş verməsinə səbəb kimi “VAZ-2114” markalı avtomobilin sərnişini olan azərbaycanlının “Toyoto Corolla” markalının avtomobilin sürücüsünə bıçaqla hədə-qorxu gəlməsi göstərilir.

İlkin ehtimala görə, azərbaycanlı Toyotanın sürücüsünün davranışını “bəyənməyib”, bu səbəbdən maşından düşərək onun qarşısını kəsərək bıçaqla hədə-qorxu gəlməyə və avtomobilin qapısını açmağa çalışıb. Mərkəzi kazak qoşunu və kazak patrulunun üzvü olan Toyoto-nun sürücüsü isə əvvəlcə havaya, daha sonra isə “təsadüfən” azərbaycanlıya atəş açdığını deyib.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Azərbaycan vətəndaşının isə həyati təhlükəsinin olmadığı deyilir.